“Zəlimxan dünyası”

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon MKS-nin Mərkəzi kitabxanasında “Sazlı-sözlü Borçalı” məclisi ilə birgə “Zəlimxan dünyası” adlı tədbir keçirilib.

Tədbir müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr edilib. Tədbirdə şairin ömür yolu və yaradıcılığından, Azərbaycan ədəbiyyatının zənginləşməsindəki xidmətlərindən danışılıb. Bildirilib ki, Z.Yaqub bütün türk dünyasında sevilən böyük şair idi.

Sonra şairin şeir və poemalarından parçalar söylənilib, aşıqların ifasında onun sözlərinə yazılmış mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.2.