Nəsillərə yadigar qəhrəmanlıq

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı 170 nömrəli tam orta məktəbdə Milli Qəhrəmanlar Mətləb Quliyev və Rövşən Abdullayevə həsr olunmuş “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı tədbir təşkil edib.

Tədbirdə Milli Qəhrəmanlar haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Onların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, təbliğ etməlidir.

Şagirdlər vətənpərvərlik, qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.6.