Mövsümün sonu” beynəlxalq festivalda

 

 

 

Rejissor Elmar İmanovunMövsümün sonu” bədii filmi Rotterdam Beynəlxalq film festivalına (Niderland) dəvət alıb.

Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalı olan film festivalın “Bright Future” (“Parlaq gələcək”) proqramında mükafata namizəddir.

Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə ifa edirlər.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.5.