Xatirə poçt markaları

 

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb. Poçt markasının tirajı 100 min nüsxədir. Layihə rəssam Vüqar Əyyubova məxsusdur.

Vüqar Əyyubovun layihə rəsmini çəkdiyi daha bir poçt markası isə unudulmaz bəstəkar, Xalq artisti Elza İbrahimovanın xatirəsinə həsr olunub.

Bəstəkarın 80 illik yubileyi münasibətilə dövriyyəyə buraxılan yeni poçt markasının ümumi tirajı 500 mindir.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.6.