Paytaxtımızda İtaliya-Azərbaycan film festivalı keçiriləcək

 

Yanvarın 25-dən 30-dək Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq film festivalı keçiriləcək.

Festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan İmago Group, United CulturesSandro Teti Editorenin birgə dəstəyi ilə reallaşacaq. Layihə İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və The Landmark tərəfindən dəstəklənən festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış Zoroaster award ilə mükafatlandırılacaq.

La Piovra serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyorrejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.1.