Testene Art Baku

 

 

Beynəlxalq incəsənət festival-müsabiqəsi üçüncü dəfə təşkil olunacaq

 

Martın 13-dən 17-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə “Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək.

Baş idarədən bildirilib ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, modadizayn, dekorativ-tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək.

Müsabiqənin münsiflər heyəti tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərsləri təşkil olunacaq.

Sonda mükafatlandırma mərasimi və möhtəşəm qala-konsert keçiriləcək, seçilmiş iştirakçılara hədiyyələr təqdim olunacaq.

Münsiflər heyətinin tərkibində Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Litva, İsrailİtaliyadan olan nümayəndələr yer alacaq.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.2.