Moskvada caz-muğam konserti

 

Moskvanın Başmet Mərkəz Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov triosunun konserti olacaq.

Mərkəzin saytında yer alan məlumata görə, martın 1-də keçiriləcək konsertdə moskvalı musiqisevərlərə muğam janrında interpretasiya təqdim ediləcək. Konsertlə bağlı mətbuat üçün açıqlamada deyilir: Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamın bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan birbu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.

Konsertin proqramına klassikcaz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryaboyun ifasında muğamla yanaşı, Frederik Şopenin, Aleksandr SkryabininSergey Raxmaninovun əsərləri səslənəcək.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.2.