Gənc və həvəskar rəssamlar üçün növbəti müsabiqə

 

 

 

Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm müsabiqəsi elan edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşan müsabiqədə hər kəs iştirak edə bilər.

Yağlı boya janrında olacaq əsərlərin ölçüsü 50x70-dən az olmamalıdır. İştirakçılar əsərlərinin ölçüsünü, fotosunu (kiçik ölçüdə), rəssamın adını və əlaqə nömrəsini qeyd edərək martın 30-dək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Apreldə müsabiqənin yekunu olaraq seçilmiş əsərlərdən ibarət sərginin açılması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.2.