Regional mədəniyyət idarələrinin müəssisələrində silsilə tədbirlər

 

 

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin regional idarələrinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda, Q.Qarayev adına Uşaq musiqi məktəbində, Bülbül və S.Rüstəmov adına uşaq incəsənət məktəblərində, Xızı rayon Uşaq musiqi məktəbində, Zəngilan rayon nümayəndəliyinin təşkilatçılığı ilə Zəngilan rayon kənd klubunda, Qubadlı rayon nümayəndəliyində (rayon MKS ilə birgə) təşkil olunan tədbirlərdə qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

* * *

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də 20 Yanvar şəhidləri yad edilib.

Anım tədbirləri Xaçmaz Heydər Əliyev Mərkəzində, rayon Mərkəzi kitabxanasında, Tarix-diyarşünaslıq muzeyində, Quba Heydər Əliyev Mərkəzində, B.Səfəroğlu adına rayon Mədəniyyət mərkəzində, Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Şabran rayon Heydər Əliyev Mərkəzində, Ə.Xaqani adına Poeziya evində, Siyəzən rayon Mərkəzi kitabxanası və digər mədəniyyət ocaqlarında təşkil edilib.

* * *

Ağstafa Regional Mədəniyyət İdarəsi üzrə Qazax MKS rayon Mədəniyyət  mərkəzinin foyesində 20 Yanvara həsr olunmuş sərgi təşkil edib. MKS-nin təşkilatçılığı ilə kitabxana filiallarında da 20 Yanvarın ildönümü qeyd olunub.

Digər regional mədəniyyət idarələrinin tabe müəssisələrində keçirilən tədbirlərdə də 20 Yanvar şəhidləri anılıb, tariximizin hüznqürur səhifəsindən söhbət açılıb.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.4.