Regional idarənin şura iclası keçirilib

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib. İclası idarənin rəisi Əhməd Ramazanov açaraq qarşıda duran vəzifələr, 2019-cu ildə görüləcək işlər haqqında danışıb.

İdarə rəisi mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyə tapşırıqlarını müəssisə rəhbərlərinə çatdıraraq, mədəniyyət ocaqlarının fəaliyyətinin sosial mediada, mətbuatda, regional idarənin internet saytında, müvafiq sosial şəbəkə səhifələrində daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıb.

Şura iclasında regional idarənin Sabirabad, Saatlı, Hacıqabul rayonları, Şirvan şəhəri üzrə məsləhətçilərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2019-cu ilin Nəsimi ili elan olunması ilə əlaqədar olaraq müəssisə rəhbərlərinə böyük şairin yaradıcılığının təbliği istiqamətində silsilə tədbirlər keçirilməsi barədə tapşırıqlar verilib.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.3.