ÖlkəmizBerlinale Talents” proqramında təmsil olunacaq

 

 

 

Fevralın 7-dən 17-dək AlmaniyadaBerlinalekimi tanınan dünyanın ən nüfuzlu festivallarından olan 69-cu Berlin film festivalı keçiriləcək. 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən tədbirlərindən biri olanBerlinalefestivalında ümumilikdə 400-dən çox ekran əsəri nümayiş etdiriləcək.

Festival çərçivəsində fevralın 9-dan 14-dək baş tutacaqBerlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz təmsil olunacaq. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün müxtəlif ölkələrdən olan ərizəçilər arasından seçilib.

Samirə Əsgərova Azərbaycanın aparıcı yayım distribusiya şirkəti olan “Cinema Distribution”da yerli xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.2.