Uşaq ədəbiyyatının təbliğində əməkdaşlıq

 

 

 

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin rəhbəri Bican Veysəl Yıldız ilə görüşüb.

Görüşdə birliyin təşəbbüsü ilə hər il Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq simpoziumun bu dəfə Bakı şəhərində təşkili, uşaq folklorunun, ədəbiyyatının təbliği ilə bağlı məsələlər müzakirə edilib. AMEA Folklor İnstitutu ilə Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi arasında əməkdaşlığın əsası qoyulub. Hər iki tərəf ümumtürk uşaq ədəbiyyatının toplanıb, tanıdılması istiqamətində birgə fəaliyyətin önəmini vurğulayıb.

Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi illərdir uşaqların təlimi, tərbiyəsi, uşaq folkloru, uşaq ədəbiyyatı ilə bağlı beynəlxalq tədbirlər həyata keçirir.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.6.