“Şənbə gecəsi və digər hekayələr” 

 

Afaq Məsudun kitabı Misirdə nəşr olunub

 

Tanınmış yazıçı, dramaturq, tərcüməçi Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

Misir Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza”, “Can üstə”, “Dovşanın ölümükimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilinə azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin “Əl-Ahram”, “Elwatannews” qəzetlərində, ədəbiyyat portallarında geniş yazılar verilib.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.8.