“Kitabların qanadlarında” oxu müsabiqəsinə yekun vurulub

 

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanalarının keçirdiyi “Kitabların qanadlarında” adlı sürətli oxu müsabiqəsinə yekun vurulub.

Üç mərhələdən ibarət müsabiqədə hər mərhələdən 3 nəfər fəal oxucu final mərhələsində iştirak üçün seçilib. Final mərhələsindən sonra yanvarın 24-də qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə regional idarənin rəis müavini Validə Nabatova, idarənin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə layihənin əhəmiyyətindən, kitabların insan həyatında rolundan söz açaraq müasir informasiya texnologiyaları dövründə mütaliənin xüsusilə təşviq olunmasının vacibliyini vurğulayıblar.

Daha sonra qaliblər elan olunub. Müsabiqənin yekun nəticələrinə görə, şəhər 1 nömrəli məktəbin VIII sinif şagirdi Arzu Xanlarzadə I yerə, VI sinif şagirdi Nəzrin Kərimli II yerə, V sinif şagirdi Hüseyn Hüseynov III yerə layiq görülüb. Bərdə  Regional Mədəniyyət İdarəsi tərəfindən qaliblərə fəxri fərmanlar, hədiyyələr, fərqlənən oxuculara isə sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.3.