Növbəti mühazirə fotoqrafiya sənətinə həsr edilib

 

 

 

“YARAT” Müasir İncəsənət Məkanı yanvarın 30-da Səyyar Fotoqrafiya Muzeyi (Gürcüstan) ilə birgə açıq mühazirə təşkil edəcək. “YARAT” Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbir muzeyin Bakıda ilk layihəsidir.

Tədbir çərçivəsində regional və beynəlxalq səviyyədə tanınmış, eləcə də yaradıcılığa yeni başlayan fotoqrafların əsərlərinin slayd-şousu nümayiş ediləcək. Tbilisi FotoqrafiyaMultimedia Texnologiyaları Muzeyinin həmtəsisçisi və bədii rəhbəri Nestan Nijaradzenin “Cənubi Qafqazda fotoqrafiya sənəti və Avropa mədəni innovasiyaları ilə əlaqə” adlı mühazirəsi dinləniləcək.

Səyyar Fotoqrafiya Muzeyi Gürcüstanda və Cənubi Qafqazda fotoqrafiya sənətinin pioneri sayılan Aleksandr Roinaşvili tərəfindən yaradılıb. XIX əsrin ikinci yarısında səyyar muzey GürcüstanRusiya şəhərlərinə səyahət edərək, hər kəsi öz zəngin kolleksiyası ilə tanış edirdi. İndiki dövrümüzdə muzey öz adət-ənənələrinə sadiq qalır, bununla yanaşı fotoqrafiya sənəti ilə bağlı ictimaiyyət üçün müxtəlif mühazirələr təşkil edir.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.7.