“Oturacaqlar”ı beynəlxalq müsabiqəyə aparacaqlar

 

 

 

Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlarfilmi Çexiyada Praqa Beynəlxalq qısa film festivalı və FransadaAngers Premiers Plansfilm festivalının “European Student films” müsabiqəsinə dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, azərbaycanlı və ingilis kinematoqrafçıların birgə istehsalı olan filmin ssenaristiquruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operator, Kameron Vard, quruluşçu rəssamı Lara Zeidandir. Rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İsgəndər Abbasov və başqaları oynayır.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.8.