Tələbələrin diplom tamaşası

 

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri yanvarın 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında “Bremen musiqiçiləri” adlı diplom tamaşasını təqdim ediblər.

ADMİU-dan bildiriblər ki, tamaşada Teatr sənəti fakültəsinin musiqili teatr aktyoru ixtisasının IV kurs tələbələri Seymur Xudiyev, Nəzrin Əliyeva, Kamil Nazim, Elvin Bəxtiyarlı, Nicat Qurbanzadə, Raksana İmir, Aytac Məmmədova, İmdad Tofiqoğlu, Aytac QuliyevaAzad Şabanov çıxış ediblər.

Tamaşanı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova izləyiblər.

İki gəncin saf sevgisindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səs rejissoru Aygül Quliyeva, işıq rejissoru Vadim Kuskovdur.

Kursun rəhbəri Əməkdar artist Vidadi Həsənov, səhnə danışığı müəllimi dosent Kəmalə Mehdiyevadır.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.2.