Moskvada azərbaycanlı pianoçunun konserti

 

 

 

Fevralın 16-da “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsi çərçivəsində respublikamızın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyevanın konserti olacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq konsertin proqramına N.Mirişli, F.Qarayeva, E.Denisova, O.Messian, V.Yekimovski, Y.VorontsovK.Debüssinin əsərləri daxil edilib.

Konsertdən əvvəl sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov çıxış edəcək.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.3.