Musiqi sahəsi üzrə mütəxəssislər üçün seminar

Yanvarın 29-da British Council Azerbaijan təşkilatı Selector PRO incəsənət proqramı çərçivəsində Lisenziyalaşdırma və müəlliflik hüququ mövzusunda seminar təşkil edib. Birgünlük seminar Azərbaycanın musiqi sahəsi üzrə aparıcı mütəxəssislərini bir araya gətirib.

Tədbir Britaniya Şurası (British Council) və Park Cinema kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Alov qüllələrində keçirilən seminarda bildirilib ki, təlimdə Azərbaycan auditoriyası Britaniya musiqisinin spesifik xüsusiyyətləri barədə ətraflı məlumatlandırılacaq.

Seminarı Birləşmiş Krallıqda redaktor, jurnalistmedia üzrə sahibkar kimi fəaliyyət göstərən Kris Kuk aparıb. Musiqi biznesi sahəsini əhatə edən CMU şirkətinin həmtəsisçisi və idarəedici direktoru olan Kris Kuk müasir cəmiyyətin musiqi tendensiyalarını, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini təqdim edib.

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.2.