Füzuli teatrı Cocuq Mərcanlıda konsert-tamaşa göstərib

 

 

 

Füzuli Dövlət Dram Teatrı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində konsert-tamaşa proqramı ilə çıxış edib.

Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyorların ifasında xoş əhval-ruhiyyəli mahnılar və rəqslər kənd ictimaiyyəti, orta məktəb kollektivi və ərazidə hərbi xidmət edən şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, teatr mütəmadi olaraq cəbhə boyu kəndlərdə olur və hərbi-vətənpərvərlik mövzulu proqramlarla çıxış edir.

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.5.