Rəssam soydaşımızın əsərləri Ukraynada nəşr edilən kataloqda

 

 

 

Ukraynada tanınmış rəssamların əsərlərindən ibarət kitab-kataloq nəşr edilib. Kitabda soydaşımız, azərbaycanlı rəssam Əsgər Cavadovun da əsərləri yer alıb. Ümumilikdə kataloqda Ukrayna, Belarus, Litva və Azərbaycandan olan rəssamların əl işləri çap edilib.

Kitab-kataloqun təqdimatında çıxış edən Ə.Cavadov bildirib ki, bu cür kataloqların nəşri gənclərin rəssamlıq sənətinə marağını artırır. Eyni zamanda, onlar müxtəlif xalqların mədəniyyəti ilə yaxından tanış olurlar. O, kataloqda yer alan əsərlərində Azərbaycanın gözəl guşələrinin də əks olunduğunu vurğulayıb.

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.8.