Evim, gözəl evim” virtual sərgisi

 

 

Azərbaycan Dövlət Rəsm QalereyasıEvdə qalqalib gəl!” layihəsi çərçivəsində aprelin 6-da “Evim, gözəl evimadlı virtual sərgi təşkil edib.

 

Qalereya sənətsevərləri xüsusi karantin rejimi sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. Virtual sərgi müxtəlif texnikada məişət mövzusunu əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarətdir.

 

Sərgidə Adil Hacıyev, Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz Fərzəliyev, Ağa Mehdiyev, Fikrət Bağırov, Həsən Haqverdiyev, Faiq Ağayev kimi rəssamların əsərləri yer alır.

 

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.7.