Karantin günlərində virtual musiqi layihələri

 

Xüsusi karantin rejimi günlərində konsert müəssisələri, musiqi kollektivləri sosial şəbəkələr vasitəsilə fəaliyyətlərini genişləndirərək internet üzərindən mədəni xidmət göstərməkdə davam edirlər.

 

Aprelin 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Parlaqİctimai Birliyinin birgə təşkilatçılığı iləİnstagramsəhifələrində gənc azərbaycanlı opera ifaçılarıİtaliyanın La Skala Akademiyasında təhsil alan Azər Zadə Məhərrəm Hüseynov, ictimai birliyin təsisçisi Riad Ağa ilə birlikdəAzərbaycan İtaliya opera ifaçılığı ənənələri, peşəkar opera ifaçılığı məktəbinə inteqrasiya, mövcud problemlər perspektivlərmövzusunda onlayn müzakirə təşkil edib. Müzakirəyə musiqi ictimaiyyətinin nümayəndələri qoşularaq mövzu ilə bağlı fikirlərini bölüşüblər. Aparılan fikir mübadiləsi izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Baş idarənin nəzdində fəaliyyət göstərən, bədii rəhbəri Xalq artisti Mircavad Cəfərov olanCəngiestrada-folklor ansamblı unudulmaz bəstəkar, cazmen Rafiq Babayevin doğum günü (31 mart) münasibətiləAnlamaq istəyirəmadlı videoçarx hazırlayaraq sosial şəbəkə hesabından musiqisevərlərə təqdim edib.

 

Bu günlərdə paytaxtın musiqi məktəbləri virtual layihələrdə fəallıq nümayiş etdirir. Müəllim heyətinin onlayn ustad dərsləri sosial şəbəkələr vasitəsilə öz ünvanına çatır, beləliklə, şagirdlər tədris prosesindən kənarda qalmır.

 

***

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı rəqs ansamblının üzvləri  Mədəniyyət Nazirliyi MədəniyyətkanalınınBizi birləşdirən mədəniyyətlayihəsi çərçivəsindəÜzeyir Hacıbəyli həftəsi”nə töhfə olaraq dahi bəstəkarın əsərlərindən parçalar ifa edərək sosial şəbəkədə paylaşıblar.

 

FilarmoniyanınYaradıcılığı evdə öyrənlayihəsi çərçivəsində isə ansamblın solistləri Ramin Hüseynov Nigar HüseynovaUzundərərəqsi barədə videodərs təqdim ediblər.

 

***

 

Beynəlxalq Muğam Mərkəzi gündəlik olaraqFacebookİnstagramsəhifələri vasitəsilə korifey muğam ustadlarımızın həyat yaradıcılığı, eləcə milli musiqi alətlərimizlə bağlı mühazirələr nümayiş etdirir. Hər gün saat 16:00-da isə mərkəzin solistlərinin qısa konsert proqramı onlayn olaraq musiqisevərlərə təqdim edilir. Virtual təqdimatlar maraqla qarşılanır. 

 

Qeyd edək ki, BMM-in direktoru, Xalq artisti, pianoçu Murad Hüseynov Mədəniyyət Nazirliyi MədəniyyətkanalınınBizi birləşdirən mədəniyyətlayihəsində iştirak edib. Aprelin 8-də “Mədəniyyətkanalında Murad Hüseynovun Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə keçirilmiş konsert proqramının lent yazısı efirə gedib.

 

Aprelin 9-da Akademik Opera Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov evindən virtual olaraq izləyicilərin görüşünə gəlib. Xanəndə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində tamaşaçılara xanəndəlik sənətinin sirlərindən, muğamlarımızdan söhbət açıb. Musiqisevərlər virtual görüşü @bakimedeniyyetidaresi sənətçinin özünün  @mansumibrahimovofficialİnstagramhesablarından canlı izləmək imkanı qazanıblar.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.3.