Nəriman Nərimanovun 150 illiyi ilə bağlı elektron məlumat bazaları

  

 

Görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Kitabxanası tərəfindən müxtəlif tədbirlərin təşkili edilməsi nəzərdə tutulub.

 

Kitabxananın əməkdaşları tərəfindən tərtib edilən “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov – 150” adlı elektron məlumat bazası artıq istifadəyə verilib. Elektron məlumat bazası geniş istifadəçi kütləsinin Nəriman Nərimanovun yaradıcılığı ilə bağlı müxtəlif sənədlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacaq.

 

Təqdim olunan bazada rəsmi sənədlər, görkəmli ədibin həyat və yaradıcılığı, əsərləri, onun haqqında yazılan kitab və məqalələr, ədibin xatirəsinin əbədiləşdirilməsi haqqında sənədlər, Nərimanovla bağlı filmoqrafiya, habelə fotoqalereya yer alıb. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

 

Keçid linki: http://anl.az/el/emb/N.Nerimanov/index.html

 

***

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də yazıçı-dramaturq, publisist, görkəmli dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar Vikipediyada özbək dilində xüsusi bölmə hazırlayaraq istifadəyə verib.

 

Nərimanovun həyat və fəaliyyəti haqqında müfəssəl məlumat verilən bölmədə onun həkimlik və siyasi fəaliyyətinə nəzər salınıb, habelə həyatına dair maraqlı sənədlər və faktlar əksini tapıb. Bölmənin hazırlanması zamanı bir sıra mənbələrdən, tədqiqatlardan, o cümlədən tarix elmləri doktoru, diplomat Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” kitabından istifadə olunub.

 

Bölmə ilə uz.wikipedia.org/wiki/Narimon_Narimonov linkində tanış olmaq mümkündür.

 

Mədəniyyət.- 2020.- 15 aprel.- S.2.