İtaliya portalında ElçininBaşromanı haqqında resenziya

 

 

İtaliyanın “www.differentmagazine.it” portalında Azərbaycanın Xalq yazıçısı ElçininBaşromanı barədə resenziya dərc edilib.

 

Sandro Tetinəşriyyatında çapdan çıxmış italyan dilinə tərcümə olunmuşBaş” (La testa) romanına resenziyanın müəllifi Miriam Bokkinodur. Əsər barədə məlumatda onun tarixi roman janrında yazıldığı vurğulanır. Bildirilir ki, romanda XVIII-XIX əsrlərdə Rusiya, Türkiyə, İran Qafqazın (həm Şimali, həm Cənubi Qafqaz timsalında) hökmdarlarının, tarixi şəxsiyyətlərin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik milli mənəviyyat yönündən araşdırılır, nəticədə oxucu dolğun əhatəli biliklə təmin olunur. Burada sənəd faktlarla müəllif təxəyyüllü məharətlə əlaqələndirilib, nəticədə yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş mənzərəsinə aydınlıq gətirilib. Yazıçı gələcəkdə ədəbi-nəzəri fikirdə yarana biləcək mübahisələri nəzərə alaraq əsərin əvvəlində romandakı hadisələrin tarix ilə üst-üstə düşmədiyini, lakin tarixilik baxımından əhəmiyyətli olan məqamların az olmadığını yazıb.

 

Resenziyada romandakı əsas xətt, qəhrəmanlar və onların taleyi barədə maraqlı məlumatlar və dialoqların əksini tapdığı barədə də məlumat verilir.

 

Mədəniyyət.- 2020.- 15 aprel.- S.7.