MKS-lərin layihələri

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı 15 aprelDünya İncəsənət Günü ilə bağlı virtual sərgi hazırlayıb. Sərgidə mədəni irs inciləri, musiqi alətləri, sənət əsərləri, milli geyimkitablar nümayiş edilib.

 

Səbail rayon MKS-nin 6 nömrəli filialı dövlət xadimi, yazıçı Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyi münasibətilə videoçarx hazırlayıb. Videoçarx ədibin həyat və yaradıcılığına işıq salaraq onun ömür yolunu vərəqləyir.

 

Yasamal rayon MKS müxtəlif aksiyalar, virtual turlar təşkil edir. MKS-nin 3 nömrəli filialının əməkdaşları müxtəlif evlərdən izləyicilərin hazırladıqları videogörüntüləri, fotoları davamlı olaraq paylaşır, özünütəcrid müddətində mütaliədən, idmandan, digər faydalı məşğuliyyətlərdən geri qalmamağı təbliğ edirlər.

 

MKS-nin M.Ş.Vazeh adına Mərkəzi KitabxanasıVətənimizə virtual səyahətlayihəsini həyata keçirir. Bu günədək Quba, Bərdə, Xızı, Ucar, Daşkəsən, Samux, Göyçay, Qax rayonlarına Gəncə şəhərinə virtual səyahətlər təşkil olunub. Layihə çərçivəsində növbəti səyahət Tovuz rayonunadır.

 

 

Mədəniyyət.- 2020.- 17 aprel.- S.4.