Nəriman Nərimanovun 150 illiyi münasibətilə

 

 

Görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun 150 illik yubileyi çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) onun həyat və fəaliyyətinə dair bir sıra əsərləri və sənədləri PDF formatında geniş oxucu kütləsinə təqdim edir.

 

MEK-dən bildirilib ki, oxucular elmi redaktoru akademik Ramiz Mehdiyev, tərtibçisi Teymur Əhmədov olan “Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər”, Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, “Nəriman Nərimanovun tarixi missiyası” kitabları, eləcə də Azərbaycan və rus dillərində digər nəşrlərlə kitabxananın mek.az saytında tanış ola bilərlər.

 

Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) onlayn silsilə mühazirələr keçirir. Aprelin 14-də muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Nəriman Nərimanovun yaradıcılığında milli-dini məsələlərə baxış” mövzusunda ilk onlayn məruzəsini təqdim edib. Məruzədə N.Nərimanovun millidini həmrəyliyə baxışı, daşnak terrorizminə qarşı mübarizəsi, multikultural ideyaları təhlil olunub.

 

Mədəniyyət.- 2020.- 17 aprel.- S.6.