Xalq rəssamları onlayn ünsiyyətdə

 

 

Koronavirusun dünyada yayılması səbəbindən “İçərişəhər” Muzey Mərkəzi də yeni bir ünsiyyət mərhələsinə keçib. Bir aydan artıq müddətdir ki, “İçərişəhər” Muzey Mərkəzi onlayn rejimdə fəaliyyət göstərir.

 

Mərkəzin sosial şəbəkə hesablarında və “Youtube” kanalında “Onlayn ünsiyyət” rubrikasına start verilib. Rubrikanın ilk qonağı Xalq rəssamı Arif Hüseynov olub.

 

Canlı yayım “İçərişəhər” Muzey Mərkəzi - Old City Museum Center” adlı “Facebook” səhifəsindən izlənilib.

 

***

 

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən həyata keçirilən “Evdə qalqalib gəl!” layihəsində isə Xalq rəssamı, professor Arif Əziz bütün dünyanı bürüyən pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən və öz yaradıcılıq prosesindən izləyicilərə bəhs edib.

 

Yaradıcılığında hər zaman rəngə xüsusi yer verən rəssam sənətsevərlərə müraciətində qara rəngin bu gün bütün dünyanı bürüməsinə baxmayaraq, rəngin ona qalib gələcəyinə inamını ifadə edib.

 

Mədəniyyət.- 2020.- 17 aprel.- S.4.