Muzey eksponatının hekayəsini sən danış”

 

 

Mədəniyyət Nazirliyi tərəfindən daha bir layihə – Azərbaycan mədəniyyətini, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edilir.

 

Müsabiqənin təşkilində əsas məqsəd ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtın səmərəli və faydalı təşkil edilməsi, muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.

 

Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir. Eksponatları https://museum.az/az/competition/1 linki vasitəsilə seçmək mümkündür.

 

Müsabiqədə iştirak üçün Museum.az saytının “Facebook” səhifəsini bəyənmək (facebook.com/museumaze), bu postu öz səhifənizdə paylaşmaq lazımdır.

 

Hekayə maksimum 2000 sözdən ibarət olmalıdır. Dil ilə bağlı məhdudiyyət yoxdur.

 

Eksponatdan biri ilə bağlı hekayəni yazaraq ad və soyadı, təvəllüd, əlaqə nömrəsini qeyd etməklə 2020-ci il may ayının 15-dək info@museum.az ünvanına göndərə bilərsiniz.

 

Müsabiqənin qalibi Kindle (elektron kitab) qazanacaq və Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcək. Eyni zamanda ilk 10-luğa daxil olan şəxslər nazirliyin diplomu ilə təltif olunacaq.

 

 

Mədəniyyət.- 2020.- 17 aprel.- S.7.