Dözümlü incəsənət

   

 

Yaradıcı şəxslər UNESCO-nunResiliArt” hərəkatına  qoşulmağa dəvət olunur

 

Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) ölkəmizin incəsənət nümayəndələrini, yaradıcı şəxsləri UNESCO-nunResiliArt” hərəkatına qoşulmağaaktiv iştiraka dəvət edir.

 

UNESCO-nun bununla bağlı məlumatında vurğulanır ki, mədəniyyət indi bizə hər zaman olduğundan daha çox lazımlıdır. Mədəniyyət bizi dözümlü edir, bizə ümid verir. Eyni zamanda bizə yalnız olmadığımızı xatırladır. Bizim sənətkarları dəstəkləməyimiz və hər kəsin mədəniyyətə çıxışını təmin etməyimiz üçün razılaşdırılmış və qlobal addımlara ehtiyacımız var. Məlumata əsasən, sənətkarları dəstəkləmək və hər kəsin mədəniyyətə çıxışını təmin etmək üçün razılaşdırılmış və qlobal addımlara ehtiyac duyulur.

 

Dünyada milyonlarla insanın rahatlıq və əlaqələnmə mənbəyi kimi mədəniyyətə müraciət etdiyi bir dövrdə COVİD-19 virusunun təsiri mədəniyyət sahəsindən də yan keçməyib. UNESCO-nun irsinə daxil edilmiş məkanların 80 faizdən çox hissəsi bağlanaraq yerli icmaların və mədəniyyət sahəsində fəaliyyət göstərən yerli mütəxəssislərin həyatına təsir göstərib. Muzey, teatrkinoteatrlar daxil olmaqla bir çox mədəniyyət müəssisələri və qurumları hər gün milyonlarla məbləğ vəsait itirirlər və bəziləri öz əməkdaşlarını işdən azad etmək məcburiyyətində qalıblar. Pandemiyadan öncə belə bu sahələrdə yarımgünlük əsaslarla, qeyri-rəsmi işləyən və digər formada müqavilələrlə çalışan sənət adamlarının böyük hissəsi gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Bu gün biz mədəniyyət sahəsində fövqəladə bir vəziyyət yaşayırıq.

 

Məhz bu səbəbdən UNESCO yeni bir hərəkata – “ResiliArt” (dözümlü incəsənət) hərəkatına başlayır.

 

Hərəkat mədəniyyət sahəsinin aparıcı peşəkarları ilə eksklüziv qlobal müzakirə təşkil etməklə yaradıcı sahələrin böhran şəraitində indiki vəziyyətinə işıq salmaq, eləcə də sosial media vasitəsilə həm tanınmış, həm də yetişməkdə olan incəsənət adamlarının səsini və təcrübələrini yaymaq məqsədi daşıyır. Ümumilikdə bu hərəkat COVİD-19 pandemiyasının bu sektora hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmaq və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.

 

Qeyd edək ki, layihənin açılış debatı aprelin 15-də - Dünya İncəsənət Günündə Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CİSAC) ilə birgə tərəfdaşlıq çərçivəsində reallaşıb.

 

Mədəniyyət sənayesi mütəxəssisləri hərəkata qoşulmağa və “ResiliArt” debatlarını öz bölgələrində təşkil etməyə dəvət edilir. Çünki koronavirisun vurduğu zərərin yaradıcı iqtisadiyyat üzərində uzunmüddətli təsirləri olacaq.ResiliArt” hərəkatının məqsədi də pandemiya bitdikdən sonra müzakirələrin, məlumat mübadiləsinin və ictimai dəstək səylərinin davamlılığını təmin etməkdir.

 

ResiliArt” hərəkatı ilə əlaqədar hər hansı suallar üçün əlaqə: resiliart@unesco.org

 

CİSAC ilə əlaqə: communications@cisac.org

 

Mədəniyyət.- 2020.- 22 aprel.- S.5.