İlk azərbaycanlı pediatr haqqında virtual sərgi

 

 

Milli Kitabxana ilk azərbaycanlı pediatr Əbülfəz Qarayev haqqında virtual sərgini istifadəçilərə təqdim edib.

 

Azərbaycan xalqının görkəmli şəxsiyyətləri arasında Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin məxsusi yeri var. Xalqı, vətəni qarşısında böyük xidmətləri olan tibb xadiminin xatirəsi daim ehtiramla yad edilir.

 

Virtual sərgi (http://anl.az/el/vsb/Ebulfez_Qarayev/index.html)  Milli Kitabxananın əməkdaşları tərəfindən professor Əbülfəz Qarayevin anadan olmasının 135 illiyi ilə əlaqədar hazırlanıb.

 

 

Mədəniyyət.- 2020.- 22 aprel.- S.4.