Rusiyada yaşayan gitaraçı həmyerlimizin onlayn konserti

 

 

Koronavirus pandemiyasının davam etdiyi bu günlərdə müxtəlif ölkələrdə yaşayan sənətçi soydaşlarımız da virtual məkandasosial şəbəkələr üzərindən müxtəlif layihələr, təqdimatlarla çıxış edirlər.

 

Aprelin 24-də Moskva vaxtilə saat 19:00-da Rusiyada yaşayan həmyerlimiz, dünya şöhrətli klassik gitara ifaçısı Rövşən Məmmədquliyev onlayn solo konsert proqramı ilə çıxış edəcək. HəmyerlimizİnstagramFacebooksosial şəbəkə hesablarında konsert haqqında məlumat verərək bildirib ki, musiqisevərlərə üç hissədən ibarət rəngarəng proqram təqdim edəcək. Eyni zamanda ifaçı canlı olaraq izləyicilərin suallarını cavablandıracaq.

 

Klassik gitara ifaçılığındagitaranın şairiadlandırılan Rövşən Məmmədquliyev çoxsaylı Rusiya beynəlxalq miqyaslı müsabiqələrin qalibidir.

 

Rövşən Şahbaz oğlu Məmmədquliyev  12 may 1986-cı ildə Bakıda doğulub. 1993-cü ildə ailəsi Rusiyaya köçüb. 11 yaşından gitarada ifa etməyi öyrənməyə başlayıb. Nijni Novqorod şəhərində 7 saylı İncəsənət məktəbini M.A.Balakirev adına Musiqi Kollecini əla qiymətlərlə, 2009-cu ildə isə M.İ.Qlinka adına Nijeqorod Konservatoriyasında məşhur ifaçı, dosent  A.A.Petropavloskinin klassik gitara sinfini bitirib. Həmin ildə konservatoriyanın aspiranturasına daxil olub Milli alətlər kafedrasında dərs deməyə başlayıb.

 

1999-cu ildən mütəmadi olaraq sənət yarışmalarında iştirak edən ifaçı 20-dən artıq mükafatın sahibidir. “Şimal kuboku  VI Beynəlxalq milli alətlər ifaçılığı müsabiqəsində  (Rusiya, 2006) I yer, İspaniyada 2007-ci ildə keçirilən F.Tarreqi adına 41-ci Beynəlxalq klassik gitara ifaçıları müsabiqəsində xüsusi mükafat, 2009-cu ildə Parisdə keçirilən L.Brauer adına X Beynəlxalq klassik gitara ifaçıları müsabiqəsində birinci yerxüsusi mükafata layiq görülüb. 2012-ci ildə isə nüfuzlu sənət yarışması – Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsində (GFA-2012) qalib olub.

 

Həmyerlimiz yüksək sənət nailiyyətlərinə görə Rusiya Prezidentinin mükafatına, eyni zamanda Nijeqorod Vilayəti qubernatorununNijni Novqorod merinin xüsusi təqaüdünə layiq görülüb.

 

Musiqiçi repertuarında dünya klassikləri də daxil olmaqla müasir bəstəkarların əsərlərinə, həmçinin öz bəstələrinə də yer verir. 2011-ci ildə Bakıda 3-cü Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə çıxış edib.

 

Rövşən Məmmədquliyevin 24 apreldə onlayn konsertini ifaçının sosial şəbəkə hesablarında izləmək olar:

 

https://www.facebook.com/rovshan.mamedkuliev

 

İnstagram”: @rovshanmamedkuliev

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 22 aprel.- S.8.