Yazıçı və şairlər koronavirusla mübarizədə

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiKitabxana koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını həyata keçirir.

 

Kitabxanadan bildirilib ki, aksiyaya qoşulan Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Əfəndiyeva (Solmaz Elqızı) şeirlərini oxuculara təqdim edib. Yazar bu günlər evdə qalaraq, yazıb-yaratmaqla sağlamlığı qorumağın vacib olduğunu vurğulayıb.

 

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına öz əsərləri ilə qoşulan şair və yazıçıların sayı artmaqdadır.

 

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.7.