Uşaq ədəbiyyatı xəzinəsindən” növbəti biblioqrafiyaelektron toplu

   

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində tanınmış uşaq yazıçısı, şair, tərcüməçi Tofiq Mahmudun (1931-1997) yaradıcılığını tamküll halında işıqlandırmaq məqsədilə biblioqrafiya kitabı və elektron məlumat bazası tərtib olunub.

 

Tofiq Mahmud. Biblioqrafiya” kitabı ədibin həyat və yaradıcılığını əks etdirən ilk fundamental biblioqrafiya vəsaitidir. Tofiq Mahmudun ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici 1948–2018-ci illərdə çap olunan 1166 adda materialı əhatə edir. Materiallar Azərbaycan və rus dillərində təqdim olunub. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda Tofiq Mahmudun əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi verilib. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Kitabın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlidir.

 

Tofiq Mahmudelektron məlumat bazasına isə ədibin həyat və yaradıcılığını əhatə edən kitablarının, tərcümələrinin, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələrinin və həmçinin onun haqqında yazılan kitabların, məqalələrin biblioqrafik təsvirləri ilə yanaşı, onların tam mətnləri də daxil edilib. Elektron bazadaFotoqalereya” bölməsi, habelə Tofiq Mahmud haqqında çəkilmiş filmlər və şairin öz səsi ilə olan lent yazılarının toplandığı  Videoqalereya” bölməsi də var.

 

1948-ci ildə “Şirindir” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində dərc olunanda o, hələ tələbə idi. Tofiq Mahmud “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir və “Göyərçin” uşaq jurnalında ədəbi işçi kimi çalışıb, 1976-cı ildən ömrünün sonuna qədər isə “Göyərçin” uşaq jurnalının baş redaktoru olub.

 

Biblioqrafiya kitabı və elektron məlumat bazasının linkləri:

 

http://clb.az/tofiq-mahmud_d2400.html

 

http://clb.az/elektron/TofiqMahmud/index.html

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.7.