Klassik incilərimiz”

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı karantin günlərində “Klassik incilərimiz” layihəsini həyata keçirir.

 

Layihənin 2-ci həftəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığına həsr olunub.

 

Layihənin iştirakçıları 181 nömrəli tam orta məktəbin şagirdləri olublar. Məktəblilər şairin “Meyvələrin söhbəti” poeması ilə bağlı videoslaydı kitabxanaya təqdim ediblər.

 

Əməkdaşlıq üçün başqa kitabxanalara da müraciət edilib. Növbəti günlər onlardan gələn videoslaydlar da kitabxananın “Facebook”, “İnstagram” hesablarında yayımlanacaq.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.3.