Nərimanovun 150 illiyi münasibətilə videoçarxvirtual sərgi

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarlademokratik fikirlərlə zənginləşməsində mühüm xidmətləri olan Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Görkəmli ictimai-siyasi xadim, yazıçı və həkim” başlığı altında videoçarxvirtual sərgi hazırlayıb.

 

Videoçarxda Nərimanovun uşaqlıq, gənclik və təhsil illəri, ədəbi-publisistik yaradıcılığı və ictimai-siyasi fəaliyyəti, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, rəsmi sənədlər və fotoqalereya əksini tapıb.

 

Virtual sərgidə isə Nərimanovun əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərləri və haqqında yazılan kitablar  Azərbaycan, türkrus dillərində 40 nəşr təqdim edilir. Tövsiyə olunan hər bir kitabın şəkli, kitab haqqında məlumat, əsərin qısa məzmunu və həmin kitabın yerləşdiyi elektron linklər qeyd olunub.

 

Videoçarxvirtual sərgi Respublika Gənclər Kitabxanasının “İnstagram” və “Facebook” səhifələrində istifadəçi auditoriyasına təqdim olunub.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.4.