Çölçünün yeni mükafatları

 

 

Rejissor Şamil Əliyevin “ÇölçüfilmiMont. Blanc İnternational Movie Fest 2020” (Fransa, Paris) onlayn festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb.Çölçüdörd kateqoriya – “Ən yaxşı bədii film”, “Rejissor nailiyyətinə görə mükafat”, “Ən yaxşı operator” Ən yaxşı montajişi üzrə qalib elan olunub.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi iləAzərbaycanfilmkinostudiyasında 2012-ci ildə istehsal olunan film indiyədək müxtəlif festivallarda 40-dan artıq mükafata layiq görülüb.

 

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.8.