Sevimli nəğmələr” onlayn şəkildə davam edir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) keçirdiyiSevimli nəğmələr” uşaq mahnı müsabiqəsi mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn şəkildə davam etdirilir.

 

Paytaxt orta məktəblərinin I-VIII sinif şagirdləri ev şəraitində Azərbaycan bəstəkarlarının uşaq mahnılarından birini ifa edərək telefon və digər vasitələrlə səs yazısını qeydə alıb, müsabiqəyə göndərə bilərlər. Səs yazıları, eləcə də iştirakçıların özü, oxuduğu məktəb haqqında məlumat və mahnının adı mayın 2-dək sevimli.negmeler@gmail.com  elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 “WhatsApp” nömrəsinə göndərilməlidir.

 

Sevimli nəğmələr” müsabiqəsi yalnız solo ifa kateqoriyası üzrə onlayn (ev şəraitndə ifa olunmaqla) təşkil olunur. Xor kollektivi kateqoriyası üzrə müsabiqə isə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra keçiriləcək. Müsabiqənin solo ifa kateqoriyası üzrə 3 şagird (I, II, III yerlər) BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.7.