Xanımana Əlibəylinin 100 illiyi münasibətilə elektron toplu hazırlanıb

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan uşaq ədəbiyyatının görkəmli simalarından biri olan Xanımana Əlibəylinin 100 illiyi münasibətilə elektron məlumat bazası təqdim edib.

 

Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində hazırlanan “Xanımana Əlibəyli 100” elektron məlumat bazası 10 bölmədən ibarətdir. Topluda “Xanımana Əlibəylinin həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər şairə haqqında”, “Əsərləri”, “Haqqında”, “Tərcümələri”, “Sözlərinə yazılmış mahnılar”, “Xanımana Əlibəyliyə həsr olunmuş şeirlər”, “Mükafatları”, “Fotoqalereya” bölmələri yer alıb.

 

Elektron bazaya ədibin həyat və yaradıcılığını əhatə edən 551 adda biblioqrafik material (1936-2018-ci illər üzrə) daxil edilib. Materiallar Azərbaycan, rus və digər dillərdə yerləşdirilib. Fotoqalereya bölməsində ədibin həyatını əks etdirən fotolarla yanaşı, kitablarının fotosərgisi də verilib.

 

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://clb.az/elektron/XanimanaElibeyli/index.html

 

Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (20.4.1920 – 7.5.2007) uşaqlar üçün 30-dək kitabın, o cümlədən teatrlarda uğurla tamaşaya qoyulmuş “Gözəllər gözəli”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.7.