Rumıniya xəbər agentliyində Nizami Gəncəvi haqqında məqalə

 

 

Rumıniyanın “Agerpresmilli xəbər agentliyi ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məqaləsini yayıb.

 

Məqalədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yerimövqeyi, böyük şairin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilir. Şairin adı və ləqəbi, doğum tarixiyeri, valideynləri və qohumları, təhsili barədə söhbət açılır. Nizami Gəncəvinin “Xəmsə”si və farsca divanı haqqında da məlumat verilir.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.2.