Dünya kitabxanalarını tanı”

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası karantin dövründə “Dünya kitabxanalarını tanı” adlı aksiya həyata keçirir.

 

Aksiya çərçivəsində “Dünyanın ən böyük beş kitabxanası”, “ABŞ  Konqres Kitabxanası”, “Rusiya Milli Kitabxanası”, “Dünyanın ən möcüzəli kitabxanaları” və s. adlı virtual səyahət çarxları hazırlanaraq kitabxananın “İnstagram” və “Facebooksosial şəbəkə səhifələrində yerləşdirilib.

 

Videoçarxlarda Britaniya Kitabxanası, Amsterdam İctimai Kitabxanası (Niderland) və s. dünya kitabxanaları barədə də məlumatlar verilib. ABŞ  Konqres Kitabxanası haqqındakı videomaterialda bu kitabxananın elektron kataloqundan istifadə qaydaları haqqında geniş məlumat əldə etmək olar.

 

Aksiyanın əsas məqsədi izləyiciləri dünya kitabxanaları, onların fəaliyyəti, istifadə qaydaları ilə virtual tanış etməkdir. “Dünya kitabxanalarını tanı” aksiyası çərçivəsində virtual səyahət çarxlarının hazırlanması davam edir.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.3.