Aprel döyüşləri qəhrəmanlarının xatirəsinə

 

 

Müasir hərb tariximizin şanlı səhifəsi olan 2016-cı il Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı kitabxanalar tərəfindən virtual layihələr təqdim olunub.

 

Azərbaycan Milli Kitabxanası “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı elektron məlumat bazasını virtual rejimdə oxuculara təqdim edib.

 

Məlumat bazasında diqqətə çatdırılır ki, 2016-cı ilin Aprel döyüşləri Qarabağdakı işğalçı Ermənistan ordusuna ağır zərbə vurmaqla yanaşı, dünyaya Azərbaycan Ordusunun qüdrətini də nümayiş etdirdi. Bu döyüşlər düşmən təbliğatını və erməni cəmiyyətini sarsıtdı.

 

Elektron məlumat bazasında mövzuya dair kitablar, məqalələr, fotoqalereya və digər sənədlər nümayiş olunur.

 

Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı məlumat bazasının linki: http://anl.az/el/emb/aprel_doyusleri/index.htm

 

***

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi kitabxanası Rusiya Federasiyası Orenburq vilayətinin model kitabxanası ilə birgə “Aprel – 2016” adlı bilinqvistik (Azərbaycan və rus dilində) virtual layihə reallaşdırıb.

 

İnteraktiv plakatda Azərbaycanın 2016-cı ildə işğaldan azad olunan ərazilərinin xəritəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında material verilib. Həmçinin Aprel döyüşlərində şəhid olmuş Azərbaycan oğulları haqqında məlumatlar əks olunub, “Youtube” kanalından götürülmüş “Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq” adlı film təqdim edilib.

 

İnteraktiv plakatla aşağıdakı linkdə tanış olmaq olar:

 

https://padlet.com/filivara/h6do7bn4vud5

 

Mədəniyyət.- 2020.- 7 aprel.- S.6.