Peşə bayramı münasibətilə videomaterial hazırlanıb

 

 

Mövcud pandemiya səbəbindən bu il kino işçilərinin peşə bayramı, 2 avqustAzərbaycan Kinosu Günü xüsusi mərasimlə qeyd edilmədi. Bununla belə, əlamətdar gün münasibətilə virtual təqdimatlar, təbriklər yayımlandı.

 

Mədəniyyət Nazirliynin dəstəyi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmKinostudiyası bu gün üçün xüsusi olaraq videomaterial hazırlayıb kino işçilərini onlayn olaraq təbrik edib. Videomaterialda Xalq yazıçısı Çingiz Abdullayev, Əməkdar incəsənət xadimi, kinorejissor,  kinoşünas Ayaz Salayev, aktrisa Günəş Mehdizadə, Əməkdar artist Tahir İmanov, Xalq artisti, ssenarist, kinorejissor Ramiz Fətəliyev, Xalq artisti, kinoaktyor Fəxrəddin Manafov, kinooperator Nadir Mehdiyev, rəssam Şahin Həsənli, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, aktyor Azər Aydəmir, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüser Məhəmməd Ağabəyov kino sənəti ilə bağlı ürək sözlərini bölüşüblər.

 

Azərbaycanfilmnövbəti illərdə peşə bayramının daha möhtəşəm keçirilməsi arzusu ilə bütün kino işçilərini təbrik edib.

 

Videomateriallara aşağıdakı linklərdə baxmaq olar: https://m.youtube.com/watch?v=5ofG94PN6QI&feature=emb_title

 

https://m.youtube.com/watch?v=WCbU450IBzw&feature=emb_title

 

Mədəniyyət.- 2020.- 7 avqust.- S.5.