“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.

 

İnstitutdan bildirilib ki, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitarİctimai Elmlər Bölməsində dilçi alimlərin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib.

 

Akademik İ.Həbibbəyli lüğətin Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.

 

Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, ArxeologiyaEtnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları – “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı müəyyən təkliflərini bildiriblər.

 

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni işlənmiş, yeddinci nəşri Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış alim və mütəxəssisləri tərəfindən hazırlanıb.

 

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sentyabrda oxucularageniş ictimaiyyətə təqdim olunacağı bildirilir.

 

Mədəniyyət.- 2020.- 7 avqust.- S.6.