Kitabxananın “Dünya şöhrətli azərbaycanlılar” aksiyası

   

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya şöhrətli azərbaycanlılar”  aksiyasını həyata keçirir.

 

Kitabxananın sosial şəbəkə səhifələrində süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə, görkəmli Azərbaycan-sovet operaestrada müğənnisi, bəstəkar Müslüm Maqomayev, dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç, məşhur cazmen Vaqif Mustafazadə, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov və digər şəxsiyyətlər barədə videoçarxlarvirtual sərgilər hazırlanıb.

 

Videoçarxvirtual sərgilərin əsas məqsədi görkəmli şəxslər haqqında yalnız məlumat vermək deyil, həmçinin bu insanların beynəlxalq aləmdə tanınması və Azərbaycanı tanıtması haqda məlumatları diqqətə çatdırmaqdır.

 

İstifadəçilər materialları kitabxananın “İnstagram” və “Facebook” səhifələrindən izləyə bilərlər.

 

Mədəniyyət.- 2020.- 13 avqust.- S.2.