Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə videoçarx

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Fransa Müqavimət hərəkatının iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova (1920-1994) həsr olunmuş videoçarx hazırlayıb.

 

Videoçarxda Əhmədiyyə Cəbrayılovun həyatına, qəhrəmanlıq yoluna nəzər salınır. Onun doğulub boya-başa çatdığı Şəkinin Oxud kəndi, uşaqlıq illəri, məktəb dövrü təsvir olunur. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə könüllü olaraq cəbhəyə gedən Ə.Cəbrayılovun qəhrəmanın əsir düşməsi, əsirlikdən necə azad olması, Fransa Müqavimət hərəkatına qoşulması, “Armed Mişel”, “Ryus Armed”, “Õàrqo” və başqa adlarla tanınan partizanın çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz qəhrəmanlıqları videoçarxda diqqətə çatdırılır. Videoçarxda onun Fransa dövlətinin orden və medalları ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsindən, oğlu Mikayıl Cəbrayılovun Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmasından da danışılır.

 

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.6.