Daxildəki adafilmi Sarayevo festivalında qalib olub

 

 

Gənc rejissor Rüfət HəsənovunDaxildəki adabədii filmi Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərəkƏn yaxşı rejissornominasiyasının qalibi olub.

 

Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə  C.Cabbarlı adınaAzərbaycanfilmKinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” Debütstudiyasının birgə istehsalı olaraq ərsəyə gəlib.

 

Qeyd edək ki, “Daxildəki adaSarayevo Film Festivalının müsabiqə proqramında iştirak edən ilk Azərbaycan bədii filmidir. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino Animasiya Mərkəzi Bakı Media Mərkəzinə, media dəstəyi İctimai Televiziyaya aiddir.

 

Filmin ssenari mu­̈əllifi rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ag­̆abalayev, icraçı prodüseri Nadir Əliyevdir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov Elvin Adıgözəl ifa edirlər.

 

Sarayevo Film Festivalı Avropanın nüfuzlu kino forumlarından biridir. 2019-cu ildə azərbaycanlı rejissor Hilal BaydarovunXurmalar yetişən vaxtadlı sənədli filmi Sarayevo festivalında mükafata layiq görülmüşdü.

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.8.