Macarıstan səfirliyinin uşaqlar üçün rəsm müsabiqəsi

 

 

Tanınmış macar rəssamı Dyula Bentsurun 100 illiyi münasibətilə Macarıstanın ölkəmizdəki səfirliyi 6-17 yaş arasında azərbaycanlı uşaqlar üçün rəsm müsabiqəsi elan edib.

 

Müsabiqənin məqsədi pandemiyanın bu çətin dövründə gənc nəslin marağını və yaradıcılığını təsviri sənətə yönəltmək, onları faydalı fəaliyyətə həvəsləndirmək və gənc azərbaycanlılar arasında Dyula Bentsurun istedadlı davamçılarını tapmaqdır.

 

Şərtlərə əsasən, rəsmlərdə Macarıstanın tarixi bir binası, coğrafi bir yer, məşhur bir şəxs və macar nağıllarından bir element təsvir olunmalıdır.

 

Sonda bütün qaliblər sertifikat və həvəsləndirici mükafatlarla təltif olunacaq, eyni zamanda onların işi səfirliyin təşkil etdiyi sərgidə nümayiş olunacaq.

 

Müsabiqəyə qatılmaq üçün iştirakçılar öz əsərlərini naraazizova@yahoo.com və ya sh5photocompetition@gmail.com ünvanlarından birinə göndərməlidirlər.

 

Qeyd edək ki, müsabiqə Macarıstanın ölkəmizdəki səfirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Təhsil Nazirliyi, “Nargiz Art Studio”, “Nərgis” jurnalı və “Libraffkitab satış mağazaları şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilir.

 

Ətraflı məlumatı https://baku.mfa.gov.hu/aze ünvanından əldə etmək olar.

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.8.