Onlayn konfransda tanınmış arxeoloqun xidmətlərindən söz açılıb

 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə tanınmış arxeoloq, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubileyinə həsr olunmuş silsilə vebinaronlayn konfranslar keçirilir.

 

Avqustun 26-da “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolumövzusunda beynəlxalq videokonfransın bölmə iclasları keçirilib.

 

Professor Kamil İbrahimovun moderatorluğu ilə keçirilən bölmə iclasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri Vəfa QuliyevaQafar Cəbiyevin ali məktəblər üçün “Azərbaycan arxeologiyasının əsasları” dərsliyi barədə”, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə “Qafar Cəbiyevin tələbəlik illərinə dair xatirələr”, Türkiyədən Adnan Menderes Universitetinin müəllimi Ahmet Aytaç “Azərbaycan QarabağAnadolu türk xalılarının naxış sxemi baxımından müqayisəli qarşılaşdırılması”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Afət Rüstəmbəyova “Polixrom üslublu ay sırğalar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında”, Ağsu şəhəri Aslan Nadirov adına 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətov “Orta əsr şəhərlərində hamamlarmövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə Qafar Cəbiyevin apardığı araşdırmaların əhəmiyyəti, onun elmi fəaliyyəti yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.3.