“Qarabağın məşhur müəllimləri” – Xarrat Qulu

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti təqdimatı Şuşada musiqi məktəbinin yaradıcısı, məşhur musiqişünas Xarrat Qulu (Qulu Məhəmməd oğlu) haqqındadır.

 

O, 1823-cü ildə Şuşada anadan olub. Xarrat Qulunun təşkil etdiyi musiqi məktəbində 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamatı oxumaq qaydalarını öyrədərdi.

 

Xarrat Qulunun musiqi məktəbi Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynayıb. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridir. Xarrat Qulunun məktəbinə Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ kimi baxmaq olar.

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.6.